Rusiya Parlamentinin Yuxarı Palatasının mətbu orqanında işğalçı ölkə kimi təqdim olunan Ermənistanın bugünkü acınacaqlı durumunun səbəbləri də göstərilib
Rusiya Federal Məclisinin Federasiya Şurasının rəsmi qəzeti olan “Parlamentskaya qazeta”da Bakıda keçiriləcək I Avropa Oyunlarına həsr olunmuş geniş məqalə dərc olunub.
“Olimpiya Bakısının rekordları” sərlövhəsi altında dərc olunmuş məqalənin müəllifi “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovdur.
Məqalədə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qəbul olunmuş qərarı şərtləndirən amillər geniş şəkildə təhil olunub, Azərbaycanın dayanıqlı sosial-iqtisadi sistemi, sabit ictimai-siyasi vəziyyəti və eləcə də dövlətin geosiyasi və geoiqstisadi müstəvidə əldə etdiyi üstünlüklər barədə Rusiya oxucusuna ətraflı məlumat verilib. Müəllif qeyd edib ki, Azərbaycanın Cənubi Qafqaz regionunun ən qüdrətli dövlətinə çevrilməsi, təməli hələ 90-cı illərin ortalarından ümummilli liderimiz böyük Heydər Əliyev tərəfindən qoyulmuş və on ildən artıq bir vaxt ərzində Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu siyasətin nəticəsində mümkün olub. Zəngin təbii resurslardan düzgün istifadə olunması, əldə olunan gəlirlərin iqtisadiyyatın qeyri-neft sahələrinin inkişaf etdirilməsinə yönəldilməsinin ölkəmizə nəhəng layihələrin gerçəkləşdirilməsi üçün geniş imkanlar verdiyini vurğulayan müəllif qeyd edib ki, Azərbaycan həm qonşu ölkələrə, həm də paralel şəkildə Avropa ailəsinin üzvlərinə təminatlı transmilli layihələrdən yararlanmaq üçün əlverişli şərait yaradır.
Məqalədə Azərbaycanın belə bir böyük idman tədbirinə hazırlıq işlərini qısa müdət ərzində yekunlaşdırıması faktından da söz açılıb. Qeyd olunub ki, I Avropa Oyunlarına hazırlıq işlərini qısa bir zamanda yekunlaşdırmağın başlıca səbəbi Azərbaycan prezidneti İlham Əliyevin iradəsi və istənilən məsələnin həllində qətiyyətli addımlar atmaq bacarığıdır. Eyni zamanda, I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri, bacarığı və işgüzarlığı ilə seçilən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu işlərə töhvəsinin əvəzsiz olduğu da xüsusi vurğulanıb.
Diqqətçəkən məqamlardan biri də odur ki, F.Yusifovun Azərbaycan torpaqlarının ermənistan tərəfindən işğal olunduğu barədə qeydləri də Rusiya Federasiya Şurasının – Parlamentin Yuxarı Palatasının rəsmi mətbu orqanında olduğu kimi yer alıb. Müəllif qeyd edib ki, Cənubi Qafqaz regionunda Dağlıq Qarabağ problemini yaratmaqla özünü böyük transmilli layihələrdən kənarlaşdırmış, qloballaşan dünyada əsassız torpaq iddiaları ilə özünü iqtisadı bllokadaya salmış Ermənistan elə bütün bunlara görə ağır iqtisadi və sosial mərhumiyyətlərə düçar olub. Məqalədə BMT-nin məlum qətnamələrinin hələ də icra olunmadığına diqqət yönəldilərək bugünkü rallıqlar baxımından Ermənistanın bütün parametrlər üzrə Azərbaycana uduzduğu da vurğulanıb.
Məqalənin sonunda I Avropa Oyunlarını bütövlükdə Azərbaycan cəmiyyətinin tam dəstəklədiyi xüsusi qeyd olunub: “Birinci Avropa oyunlarına bütün ölkə hazırlaşır. Bu günlərdə Azərbaycanın vətəndaş cəmiyyəti institutları, media qurumları Bakı 2015-in ətrafında birləşərək xüsusi dəstək Koalisiyası yaradıblar. Biz öz məsuliyyətimizi dərk edir, vətənimizi sevir və özümüzü onun əsil vətəndaşları hesab edirik. Yaxşı başa düşürük ki, bu oyunların yüksək səviyyədə keçirməsi Azərbaycan üçün çox əhəmiyyətlidir. Sevindirici hal budur ki, birinci Avropa oyunları öz başlanğıcını Bakıdan götürür və bununla da Bakı Avropa tarixinin yazılmasında iştirak edir”.
Qeyd edək ki, “Parlamentskaya qazeta“ sözügedən məqaləyə özünün bütöv bir səhifəsini ayırıb və oxuculara nəfis tərtibatla təqdim edib.
Məqalə qəzetin internet saytında da yayımlanıb. Aşağıdakı keçid linki vasitəsilə “Olimpiya Bakısının rekordları”nı orijinaldan oxuya bilərsiniz.