20 May 2015 22:21
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci Avropa Oyunlarının məşəl estafetinin növbəti ünvanı Şəmkir rayonu olub.

Bakı-2015 birinci Avropa Oyunlarının məşəlini Aysel Salahova qəbul edib və 10 nəfər idmançı məşəli bir-birinə ötürərək Nizami, Əhməd Cavad küçələrindən, eləcə də Heydər Əliyev prospektindən keçərək Gənclər mərkəzinin qarşısına gəliblər.

Sonuncu məşəlçi yunan-Roma güləşi üzrə Avropa çempionatının bürünc mükafatçısı, üçqat respublika çempionu Vəfadar Mustafayev səhnəyə qalxaraq məşəli ictimaiyyətə təqdim edib.

Sonra birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatanadək saxlanılması üçün Gənclər mərkəzinə verilib.

Bildirilib ki, birinci Avropa Oyunlarının məşəlinin səyahətinə 1000 nəfərdən çox məşəlçi cəlb edilib və bütün regionlarda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək.


Müəllif:

Oxşar xəbərlər