İyulun 20-də Şəki şəhərində II Beynəlxalq Ənənəvi Şirniyyat festivalı keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu festivala hazırlıq ərəfəsində 28 may Respublika günü ilə bağlı 29 mayda I Avropa oyunlarına həsr edilmiş təhsil alan gənc qənnadıçıların Respublika festivalı keçiriləcək.
Festivalın mövzusu I Avropa Oyunlarına həsr ediləcək. Festival Mədəniyyət və Turizm Nazirliyi Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyası və Təhsil Nazirliyinin 12 saylı Bakı peşə liseyinin təşkilatçılığı ilə keçiriləcək.
Qeyd edək ki, festival 29 may, saat 11:00-da 12 saylı Bakı peşə liseyində baş tutacaq.
İLHAMƏ