25 May 2015 21:53
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əbülfəs Qarayev: “Bu oyunlar Azərbaycan xalqının qürur mənbəyinə çevriləcək”

May ayının 18-19-da Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Bununla bağlı Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev geniş müsahibə verib.

100-dən çox dünya ölkəsi...

Əbülfəs Qarayevin sözlərinə görə, Forum miqyasına görə qlobal xarakter daşıyır və siyası baxımdan vacib bir tədbirdir: “Azərbaycanın uğurlarının dünyada tanınması ölkə üçün bu, böyük diplomatik uğur deməkdir. Forum özündə Azərbaycan hakimiyyətinin apardığı mədəniyyətlərarası dialoq prinsipləri və multikulturalizm əsaslarını təmsil edir. Forum ölkənin bu yönümlü siyasətində əhəmiyyətli tədbirlərdən biridir.

Ölkə Prezidentinin multikulturalizm prinsiplərinə qarşı olan bağlılıq və bu cür siyasi dəyərlərin beynəlxalq münasibətlərdə daimi təbliğatı artıq uzun müddətdir ki, beynəlxalq aləmdə tanınıb və qəbul olunub. Bir tərəfdən məhz buna görə Forum demək olar ki, bütün tanınmış beynəlxalq təşkilatların diqqət mərkəzinə çıxdı. Bu faktor sadəcə Forumun siyasi statusunu göstərmir, həmçinin bizim üzərimizə böyük bir məsuliyyəti götürməyi vadar edir”.

Qeyd edək ki, 2010-cu ilin sentyabr ayında BMT Baş Assambleyasının 65-ci sessiyası zaman Prezident İlham Əliyev tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumun keçirilməsi təklifi irəli sürülüb.

Nazir bildirib ki, İlham Əliyevin başçılığı altında, UNESCO, BMT Mədəniyyətlər İttifaqı, Avropa Şurası, BMT Ümumdünya Turizm Təşkilatı, AŞ Şimal-Qərb Mərkəzi və İSESCO-nun müstəsna tərəfdaşlığı, eyni zamanda öz aralarında rəqabət aparan nüfuzlu təşkilatların iştirakı (tədbirdə 100-dən çox dünya ölkəsi təmsil olunub) bizə əminliklə onu deməyə imkan verir ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu həmçinin qlobal siyasi səhnədir.

“Yumşaq güc” siyasəti

Əbülfəs Qarayevin sözlərinə görə, adı çəkilən Forumu hətta "yumşaq güc" siyasətinin təzahürü kimi də nəzərə almaq olar: “Hesab edirəm ki, dünya ölkələrinin siyasi praktikalarında mədəni mexanizmlərin istifadəsinin aktuallığı yaxın zamanlarda yalnız artacaq. Forumun plenar sessiyaları zamanı aparılan müzakirələr bizə onu deməyə imkan verir ki, perspektivdə "yumşaq güc" özünün siyasi potensialını yalnız artıracaq. Mədəniyyətlərin fərqliliyi bəzən siyasi manipulyasiyaların mövzusu ola bilər, bəzən də olur.

Bu tendensiyalar artıq aradan qaldırılmalıdırlar. Mədəni diplomatiya xarici siyasətin növlərindən biridir. O, ölkənin müsbət beynəlxalq imicinin formalaşmasında heç də sonuncu rolu oynamır. Məhz buna görə də biz əminliklə onu qeyd edə bilərik ki, mədəni siyasətin və diplomatiyanın funksional birliyi qaçılmazdır. Mədəni siyasətin potensiallarının kifayət qədər konkret xarici siyasi məqsədlərin reallaşdırılmasında geniş istifadəsi Azərbaycan diplomatiyasının strateji xüsusiyyətlərindəndir.

Əlbəttə ki, Heydər Əliyev Fondunun fəaliyyəti bu strategiyanın çərçivəsində xüsusi yer tutur. Fondun demək olar ki, hər bir beynəlxalq təşəbbüsü ölkənin beynəlxalq mövqelərinin təbliği və bərkidilməsində əvəzedilməz töhfədir”.

Nazir deyir ki, bir çox təşəbbüslər Heydər Əliyev Fondunun bilavasitə dəstəyi sayəsində reallaşır: “Fondun prezidentinin təşəbbüsü nəticəsində reallaşan bir sıra humanitar, o cümlədən mədəni layihələri məhz Azərbaycan mədəniyyətinin inkişafı və təbliğatı işinə töhfə kimi qiymətləndirmək lazımdır. Mehriban Əliyevanın böyük zəhməti və UNESCO ilə aktiv iş birliyi nəticəsində bu gün biz beynəlxalq aləmdə Azərbaycan xalqına bir sıra mədəni irs nümunələrinin məxsus olduğunu sübut etməyi bacarmışıq.

Mehriban Əliyevanın peşəkarlığı və əməyinin nəticəsində "Bakı 2015" Avropa Oyunları kimi nəhəng layihə uğur gətirir. Bu oyunlar Azərbaycan xalqının qürur mənbəyinə çevriləcək və ölkə haqqında müsbət imicin formalaşmasına öz töhfəsini verəcək”.

“Azərbaycan stabil inkişaf üçün ideal nümunədir”

Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycanın diplomatiyası hücum xarakterli diplomatiya olmalıdır: “Ölkəmizdə bir sıra mədəni və siyasi xadimlərin iştirakı ilə beynəlxalq tədbirlərin həyata keçirilməsi məhz Azərbaycan reallıqları haqqında beynəlxalq ictimaiyyətə obyektiv məlumatın çatdırılmasına xidmət edir. Bundan əlavə, Forumlar potensial həmfikir və dostların yaranmasına xidmət edir ki, onlar da sabah beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın mövqeyini dəstəkləməyə hazır olacaqlar.

Forum zamanı İSESCO-nun icraçı direktoru Əbdüləziz Osman əl-Tüveycri bu cür təşəbbüslərin beynəlxalq əhəmiyyətləri haqda danışdıqda öz çıxışı zamanı kifayət qədər aydın şəkildə qeyd etdi: “Azərbaycan stabil inkişaf üçün ideal nümunədir”. Bundan əlavə diplomat növbəti dəfə beynəlxalq səviyyədə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının tanındığını vurğuladı və açıq şəkildə bu ölkəni beynəlxalq təşkilatlar tərəfindən ona qoyulmuş öhdəliklərin yerinə yetirilməməsinə görə tənqid etdi.

Forum qonaqlara Azərbaycan mədəniyyəti ilə tanış olmaq, onun bütün gözəlliyini, həmçinin fəlsəfi dərinliyini hiss etməyə və qiymətləndirməyə etmək imkan yaratdı. Bu isə öz növbəsində informasiya müharibəsində uğur əldə etməyə kömək edəcək. Bununla da müasir kontekst və mədəniyyətin siyasi aktuallığı "Mədəniyyət - ölkənin vizit kartıdır" sözlərinin səmərəliyini artırır. Buna görə də biz bütün qüvvəmizi Azərbaycan xalqının bu vizit kartını qoruyub və inkişaf etdirmək üçün səfərbər etməliyik”.

Nazır deyir ki, mədəniyyət və təhsil millət və dövlətin ideoloji inkişafının bünövrəsidir: “Bu istiqamətlər həmişə paralel olaraq hərəkət etdirilməlidir, çünki onlar ayrılıqda irəliləyə bilməzlər. Elmsiz mədəniyyət və təhsilsiz yaradıcılıq özlərinin maksimal inkişafını tapmayacaq. Məhz buna görə ölkəmizdə reallaşan mədəni siyasət zamanı bu məqamlar strateji əhəmiyyətə malikdir. Mədəni siyasətin qarşısında duran keyfiyyətcə yeni məqsədlər çeviklik, operativlik və yaradıcılıq tələb edirlər. Bu da elmin metodoloji potensiallarına olan münasibəti əvvəlcədən müəyyən edir”.

Məlumat üçün bildirək ki, 2014-cü ilin mart ayında Londonda "Bakı prosesinin" 5 illiyinə həsr olunmuş tədbir keçirilib. Cari ilin yanvar ayında isə təqdimatlar Nyu-York şəhərində keçirilib. "Bakı prosesi" və Forum təqdimatları həmçinin BMT iqamətgahında da təşkil olunub.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər