25 May 2015 20:25
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Fill Kraven iyunun 25-də Azərbaycana gələcək.

Azərbaycan Milli Paralimpiya Komitəsindən Teleqraf.com-a bildiriblər ki, F.Kravenin səfərinin məqsədi “Bakı-2015” birinci Avropa Oyunlarında iştirak edəcək paralimpiyaçı cüdoçuların yarışlarını izləməkdir. Onu Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti, Braziliya Milli Paralimpiya Komitəsinin prezidenti Endrü Parsons və Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti Toni Seynsburi müşayiət edəcəklər.

İyunun 29-dək davam edəcək səfər çərçivəsində qonaqlar Azərbaycan Milli Paralimpiya Komitəsinin fəaliyyəti ilə tanış olmaqla yanaşı, bir sıra rəsmi görüşlər də keçirəcəklər.


Müəllif:

Oxşar xəbərlər