9 İyun 2015 18:00
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-2015 birinci Avropa Oyunları məşəlinin İçərişəhər estafetinə iyunun 9-da Alov qüllələrindən start verilib.

Teleqraf.com-un məlumatına görə, məşəl Bakıdakı bir sıra tarixi binalara aparıldıqdan sonra UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil olan qədim İçərişəhərə gətirilib.

Bakı-2015 məşəlinin İçərişəhərdə səyahəti saat 16:00-da Kiçik Qala küçəsindən başlayıb. Məşəl Kiçik Qala küçəsi ilə Qoşa Qala Qapısı meydanına, daha sonra isə Qüllə küçəsi ilə aparılaraq Buxara və Multanı karvansaralarının yaxınlığından Qız Qalası meydanına gətirilib.

Asəf Zeynallı küçəsi ilə hərəkətinə davam edən məşəl səyahəti Böyük Qala küçəsi ilə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, Məhəmməd məscidi kimi mühüm əhəmiyyətli məkanlardan, eləcə də İçərişəhərin bir sıra tarixi küçə və döngələrindən keçərək orta əsrlər Şərq memarlığının incilərindən hesab olunan Şirvanşahlar Saray Kompleksində yekunlaşıb.


Müəllif: