10 İyun 2015 16:38
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çimərlik futbolunun əsası ekspromt oyunların keçirildiyi Braziliya çimərliklərindən gəlir. Bu oyun Braziliyada yerlilər arasında ən çox oynanılan oyunlardan biridir. Peşəkar futbolçular öz bacarıqlarını Braziliya çimərliklərində də göstərirdilər.

İlk Avropa Oyunlarında maraqla gözlənilən idman növlərindən biri də çimərlik futboludur.

16-21 iyunda keçiriləcək yarışda 128 idmançı 2 medal dəsti uğrunda mübarizə aparacaq.


Oyunlar Bakı 2015 üçün qurulmuş müvəqqəti Çimərlik Arenasında keçiriləcək. Çimərlik Arenası Avropa Parkı ərazisindədir.



Müəllif: