İlk dəfə Bakıda düzənlənən I Avropa Oyunlarının 3-cü günündə 9 növ üzrə yarışlar keçiriləcək. İyunun 14-dədaha 11 dəst medal sahibinə çatacaq.
Teleqraf.com xəbər verir ki, yunan-Roma güləşində 4, karatedə 6 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Bununla, hər iki yarışa yekun vurulacaq. Kişi triatlonçuların medallar uğrunda mübarizəsi ilə bu növdə yarış da başa çatacaq.
İdman gimnastikası və avarçəkmə yarışları start götürəcək.
Azarkeşlər sinxron üzgüçülükdə təsnifat mərhələsinə şahid olacaqlar. Stolüstü tennisdə komanda yarışlarında növbəti oyunlar baş tutacaq.
Su polosunda qadınlar 3-cü, kişilər 2-ci turun qarşılaşmalarına çıxacaq. Azərbaycan millisi daim iddialılar arasında olan Macarıstanla qarşılaşacaq.
Sabah kişi voleybolçuların da mübarizəsi başlayacaq. Azərbaycan yığması ilk turda Finlandiya ilə görüşəcək.
14 iyun
09:00 Voleybol
Kişilər, B qrupu
Slovakiya – İtaliya
Bakı Kristal Zalı
09:00 Avarçəkmə
Kişilər
İlkin və yarımfinal mərhələsi
Mingəçevir
09:00 Sinxron üzgüçülük
Diaqramlar
Bakı Su İdmanı Mərkəzi
09:30 Stolüstü tennis
Komanda yarışları, 1/4 və 1/2 final
Bakı İdman Zalı
09:30 Su polosu
Kişilər, A qrupu
Ukrayna – Fransa
Vaterpol Arenası
09:30 Su polosu
Kişilər, B qrupu
Rumıniya – Almaniya
Vaterpol Arenası
10:00 Yunan-Roma güləşi
66 kq, 75 kq, 85 kq, 130 kq
Heydər Əliyev adına İdman Arenası
10:00 İdman gimnastikası
Fərdi yarışlar, təsnifat mərhələsi
Komanda yarışları, I gün
Milli Gimnastika Arenası
10:00 Karate
Kişilər, kata, 84 kq, +84 kq
Qadınlar, kata, 68 kq, +68 kq
Bakı Kristal Zalı
11:00 Voleybol
Kişilər, A qrupu
Serbiya – Türkiyə
Bakı Kristal Zalı
11:15. Su polosu
Kişilər, A qrupu
Türkiyə - Yunanıstan
Vaterpol Arenası
11:15 Su polosu
Qadınlar, A qrupu
Almaniya – İsrail
Vaterpol Arenası
12:30 Triatlon
Kişilər
Bilgəh Çimərliyi
13:00 Su polosu
Kişilər, D qrupu
Serbiya – İspaniya
Vaterpol Arenası
13:00 Su polosu
Qadınlar, B qrupu
Rusiya – İspaniya
Vaterpol Arenası
14:30 Voleybol
Kişilər, B qrupu
Belçika – Bolqarıstan
Bakı Kristal Zalı
15:00 Su polosu
Kişilər, C qrupu
Monteneqro – Xorvatiya
Vaterpol Arenası
15:00 Su polosu
Qadınlar, B qrupu
İtaliya – Serbiya
Vaterpol Arenası
16:30 Voleybol
Kişilər, A qrupu
Azərbaycan – Finlandiya
Bakı Kristal Zalı
16:45 Su polosu
Kişilər, D qrupu
Malta – Slovakiya
Vaterpol Arenası
16:45 Su polosu
Qadınlar, A qrupu
Hollandiya – Böyük Britaniya
Vaterpol Arenası
18:45 Su polosu
Kişilər, B qrupu
Macarıstan – Azərbaycan
Vaterpol Arenası
18:45 Su polosu
Qadınlar, B qrupu
Slovakiya – Fransa
Vaterpol Arenası
20:00 Voleybol
Kişilər, B qrupu
Almaniya – Rusiya
Bakı Kristal Zalı
20:30 Su polosu
Kişilər, A qrupu
İtaliya – Rusiya
Vaterpol Arenası
20:30 Su polosu
Qadınlar, A qrupu
Macarıstan – Yunanıstan
Vaterpol Arenası
22:00 Voleybol
Kişilər, A qrupu
Polşa – Fransa
Bakı Kristal Zalı