17 İyun 2015 11:41
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əvvəla belə yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycana təşəkkürümü bildirmək istəyirəm”. Bu sözləri Avropa Velosiped İttifaqının baş katibi Enriko Della Kasa bu gün keçirilən mətbuat konfransında bildirib.

Bu gün keçirilən mətbuat konfransında öz fikirlərini bildirən Della Kasa Avropa Oyunlarındakı təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayıb: “Tədbirin yüksək təşkilindən məmnunuq. Həmçinin könüllülərin fədakarlığını qeyd etməliyəm. Biz ayın 13-də dağ velosipedi yarışlarını keçirmişdik. Atletlər Kəndində sınaqlar da keçirmişdik. İndi şosse velosipedi yarışlarına hazırlaşırıq. Fikirləşirəm ki, insanlar üçün maraqlı yarış olacaq”.

Baş katib fikirlərini bu cür davam etdirib: “Dağ velosipedi idmanı yüksək səviyyədə təşkil edilmişdi. Bu da asan deyil. Cəlbedici yol qurmaq çətindi. Şosse yarışına gəlincə, Bakı kimi şəhərdə bunu təşkil etmək çətindi. Biz bu idman növünə görə, şəhəri bağlayırıq. Məqsədimiz odur ki, yarışlar yüksək səviyyədə keçsin. Tədricən Azərbaycan velosiped cəmiyyəti özü artıq burda yarışlar keçirilə bilər”.


Müəllif:

Oxşar xəbərlər