"Bakı 2015" Birinci Avropa Oyunlarında qadın voleybolçular arasında 1/4 final qarşılaşmasının ikinci oyunu keçirilib.
Teleqraf.com xəbər verir ki, birinci hissənin ilk texniki fasiləsinə Türkiyə 8-3 hesabı ilə üstün yollanıb. İkinci texniki fasiləyə də türkiyəli idmançılar üstün ayrılıb: 16-8. İlk setdə rusiyalılar 25-18 hesabı ilə məğlub olub.
İkinci setin birinci texniki fasiləsinə yenə də türkiyəli voleybolçular üstün ayrılıb: 8-5. İkinci texniki fasiləyə Rusiya idmançıları 13-16 hesabı ilə geridə yollanıb. Bu setin qalibi Rusiya yığması oldu: 25-23. Üçüncü setdə Türkiyə qələbəyə sevinib: 25-22.
Dördüncü setin ilk texniki fasiləsinə türkiyəli voleybolçular üstün ayrılıb: 8-7. Bu setdə də qalib gələn Türkiyə yığması yarımfinala vəsiqə qazanıb.
Samir
Foto: Elçin MURAD