24 İyun 2015 16:19
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-2015 birinci Avropa Oyunları ərəfəsində hər kəsə öz bacarığını, musiqi duyumu və istedadını nümayiş etdirməyə, hamını Avropa Oyunlarını dəstəkləməyə imkan yaradan, “İFAM on the stage” (“Əgər mən səhnədə olsaydım”) layihəsi çərçivəsinə Bakı-2015 1-ci Avropa Oyunlarında Azərbaycanı təmsil edən və mükafatlar qazanan idmançıların çıxışı davam edir.

Qeyd edək ki, Bakı-2015 birinci Avropa Oyunlarının mükafatçıları Fəvvarələr meydanında yerləşən səhnədə Azərbaycanın Dövlət Himni oxuyaraq idmansevərlər, şəhər sakinləri və qonaqlarla öz sevinclərini, yarışlardakı təəssüratlarını bölüşür.

Bu dəfə “İFAM” səhnəsində bədii gimnastika üzrə lentlə hərəkətlərdə gümüş medal qazanan təmsilçimiz Marina Durunda çıxış edib.

Azərbaycan himnini azarkeşlərlə birgə oxuyan M.Durunda Bakı-2015 birinci Avropa Oyunlarında qazandığı medalın onun üçün ələmatdar olduğunu deyib və belə bir qələbədən qürur duyduğunu deyib.


Müəllif:

Oxşar xəbərlər