26 İyun 2015 11:47
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

“14 məkanda keçirilən yarışlarda böyük sayda tamaşaçı iştirak edib. Bu, orta hesabla 75 faiz edir”.

Teleqraf.com-un məlumatına görə, bunu Bakı-2015 I Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq deyib.

Bu gün keçirilən mətbuat konfransında iştirak edən baş direktor dünənin yekunları ilə bağlı məlumat verib: “Könüllülər dünən də çox səy göstərdilər. Oyunların uğurlu keçməsində əməklərini əsirgəmirlər. Hava proqnozuna görə BMX Velosiped yarışlarının vaxtında kiçik dəyişiklik olacaq. Bu dəyişikliklər bütün maraqlı tərəflərlə razılaşdırılıb. Olimpiya stadionu artıq bağlanış mərasiminə tam hazırdır. Bu gün 23 medal dəsti sahiblərinə çatdırılacaq.

Kleq bildirib ki, Azərbaycan yığmasının uğurları əhalinin Oyunlara marağını artırıb: "Bununla bağlı hər kəsi təbrik edirik. Bu, Azərbaycan heyətinin nailiyyətidir. Bu gün 29 min tamaşaçı olacaq. Şənbə günü 26 minə yaxın tamaşaçının gəlişi gözlənilir. Hazırda vəziyyət normaldır. Bu uzun yolu gözəl nəticələrlə başa çatdırırıq. Əvvəlki səviyyədə xidmətlər göstərməyə köklənmişik. Hər kəs əlindən gələni edir”.

Baş direktor qeyd edib ki, görmə qüsurlu idmançıların iştirakı ilə yarışın keçirilməsi də yenilikdir: “Məhdud sayda idmançıların cəlb olunması gələcəkdə marağı artıracaq. Amma bunun formatda qalıb-qalmamasına Avropa Olimpiya Komitəsi qərar verəcək. Düşünürəm ki, bu, müsbət effekt verəcək. Bununla qüsurluların da yarışlara marağı artar”.

Saymon Kleq bağlanış mərasiminə qədər oyunlar haqqında qiymət vermək istəmədi: “BAOƏK-un Azərbaycan nümayəndəliyi və könüllülər böyük iş görüblər. Bu 17 günü başa çatdıraq, sonra təhlillər apararıq”.

İlhamə


Müəllif:

Oxşar xəbərlər