Avropanın iri idman medialarından biri olan Sportsmax.tv saytı ötən gün baş tutan Birinci Avropa Oyunlarının bağlanış mərasimindən yazıb.
Trend-in məlumatına görə, Milli Olimpiya Stadionunda göz oxşayan mərasim keçirildiyini qeyd edən internet resurs tədbirə dünya şöhrətli ulduzların da qatıldığını vurğulayıb.
Məqalədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin fikirləri də yer alır: “Azərbaycanın gələcəyi parlaqdır. Avropa Oyunlarının gələcəyi parlaqdır. Bu cür mükəmməl təşkil edilən yarışlardan sonra Avropa Oyunlarının çox uzun bir tarixə malik olacağı qətidir”.