Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko Ukrayna Milli Qəhrəmanı adından məhrum oluna bilər.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Ukrayna prezidenti Petro Poroşenkonun rəsmi saytında petisiya yerləşdirilib.
Sənəddə bildirilib ki, Rusiyada bir müddət həbsdə qalan və bu ölkənin prezidenti Vladimir Putin tərəfindən əfv olunan Nadejda Savçenko vətənə qayıtdıqdan sonra qəribə çıxışları ilə gündəmə gəlib. O, Ukrayna hökumətini qondorma Donetsk və Luhansk Xalq Respublikalarının rəhbərləri ilə danışıqlar aparmağa, Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb. Petisiya lazımi səsi topladıqdan sonra Poroşenko tərəfindən baxılacaq.
Qeyd edək ki, Donetsk məhkəməsi Savçenkonu 22 il müddətinə azadlıqdan məhrum etmişdi. Savçenko rusiyalı jurnalistlər İqor Kornelyuk və Anton Voloşinin qətlində, eləcə də Rusiya sərhədlərini qanunsuz keçməkdə təqsirli bilinib. Mayın 25-də Savçenko Ukraynada saxlanılan iki rusiyalı xüsusi təyinatlı - Aleksandr Aleksandrov və Yevgeni Erofeyev ilə dəyişdirilib.
Samir