26 İyun 2016 12:25
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriya silahlı qüvvələri ölkənin şimal-şərqində beş min nəfəri girovluqdan azad edib.

"Report" xəbər verir ki, bu barədə ordunun Twitter sosial şəbəkəsində rəsmi səhifəsində yerləşdirilmiş bəyanatında bildirilib.

"Nigeriya silahlı qüvvələri Borno ştatının bir neçə kəndində terrorçuları sıxışdırıb. Əməliyyat zamanı altı nəfər öldürülüb, beş min nəfər girovluqdan azad edilib" – deyə bəyanatda qeyd olunur.

Qeyd edək ki, "Boko Haram" radikal islamçı qruplaşması Nigeriyada tez-tez terror aktları həyata keçirir.
Eyni zamanda Çad və Kamerunda da keçirilən terror aktlarının arxasında bu qruplaşma dayanır.


Müəllif:

Oxşar xəbərlər