İsrailin iki qadın naziri Türkiyə ilə münasibətlərin nizama salınmasının əleyhinədir. Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, təhsil naziri Naftali Bennett və Ədliyyə naziri Ayelet Şaked Türkiyə ilə ikili münasibətlərin normallaşması üçün anlaşmaya veto qoyacaqlarını bildiriblər.
Şaked 2014-cü ildə fələstinli qadınlara qarşı irqçi ifadələr işlətdiyi üçün türklərin qəzəbinə tuş gəlmişdi. Ərdoğan Şaked haqqında "Sən nə pis qadınsan" deyə bildirmişdi. Hər iki qadın hesab edir ki, Həmas üzvlərinin valideynləri də öldürülməli, evləri dağıdılmalıdır. "Hər bir terrorçu fələstinlinin arxasında onların ana və atası durur. Odur ki, oğlanlarının əməllərinı görə valideynlər də cəzalandırılmalıdır", deyə Şaked bildirmişdi.
Hər iki qadın siyasətçi sağyönümlü Habayit Hayehudi Partiyasının üzvləridir.
Ayxan