6 İyul 2016 00:17
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vyetnam Çinin Cənubi Çin Dənizindəki hərbi təlimlərə etiraz edib. Teleqraf.com xəbər verir ki, Vyetnamın Xarici İşlər Nazirliyinin sözçüsü Le Hai Binh Çinin ölkəsini təhdid etdiyini qeyd edərək rəsmi Pekindən əməliyyatları dərhal dayandırmasını tələb etdi.

"Çin Vyetnamın ərazi bütövlüyünə hörmət etməlidir. Bölgədə gərginliyi artıracaq addımların atılmasından qaçmaq lazımdır", deyə Le Hai Binh bildirib.

Flippin hökuməti Cənubi Çin Dənizindəki adaların ona məsul olduğu iddia edərək BMT-yə müraciət ünvanlayıb. BMT məsələ ilə bağlı bu il qərar qəbul etməlidir. Pekin hesab edir ki, ərazi məsələsini araşdırmaq BMT-nin səlahiyyətlərinə aid deyil.

Çin Cənubi Çin Dənizində başda Flippin olmaqla Vyetnam, Bruney və Malaziya ilə torpaq davası aparır. Hər dörd dövlət Çin tərəfindən ərazi bütövlüyünün pozulduğunu iddia edir.

Ayxan


Müəllif:

Oxşar xəbərlər