Türkiyədə qiyamçılar İstanbulda Atatürk Hava Limanını bombalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə hazırda İstanbulda olan "Yeni Musavat" qəzetinin baş redaktoru Azər Ayxan Facebook səhifəsində yazıb.
"Hazırda İstanbuldayam. Atatürk Hava Limanının 2-3 kilometrliyindəki oteldə qalırıq. Bir müddət öncə aeroportu qiyamçılar havadan bombaladılar - iki raket atdılar. Evakuasiya olunduq, hazırda otaqlarımıza qayıtmışıq. Otel müştərilərinin arasında ciddi panik yaşanır, qadınlar, cocuqlar təlaş içindədilər. Bayaq savaş uçaqları yenə hava limanının üstündən uçuş etdilər. Bilmirik o uçaqlar qiyamçılrındı, yoxsa dövlətin. Bax belə. Allah axırımızı xeyir etsin", - Azər Ayxan qeyd edib.
Nihad