İran-İraq sərhədində gərginlik yaranıb. Teleqraf.com-un məlumatına görə, İranın Qərbi Azərbaycan vilayətinin Sərhəd Mühafizə Qoşunlarının komandiri Məhəmməd Abbasi bildirib ki, əgər bölgədəki terrorçular silahı yerə qoymasalar onlara sərt cavab veriləcək.
İraq Kürt Muxtariyyətinin Erbil şəhərində İraq Sərhəd Qoşunlarının nümayəndəsi Şerko Abdullah ilə görüşən Abbasi qeyd edib ki, əgər terrorçular İrana keçmək istəsələr sərt şəkildə cəzalandırılacaqlar.
Qeyd edək ki, sərhəddəki boşluq üzündən terrorçular İrandan İraqa və ya əksinə sərbəst hərəkət edə bilirlər. Bu isə hər iki tərəfi ciddi narahat edir.
Ayxan