Türkiyədə fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı Qərb ölkələri tərəfindən tənqid səsləndirilməsi ikili standartların açıq-aydın nümunəsidir.
APA-nın xəbərinə görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.
“Bu ikili standartların açıq-aydın nümunəsidir... Biz hamımız Parisdə fövqəladə vəziyyətin elan olunmasına səbəb olmuş terror aktını pislədik. Amma bu zaman heç kim Fransanı insan haqlarını pozmaqda ittiham etmədi. Biz Avropaya üz tuturuq – Fransanı ittiham etmədiyinizdə Türkiyəni günahlandırmayın. Türkiyəni Belçikada terror aktları törədildikdən sonra fövqəladə vəziyyət elan olundu. Belçikanı ittiham etmədiyinizdə Türkiyəni günahlandırmayın”, - Kalın CNN Türk telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, fövqəladə vəziyyət rejimi hüquq normaları çərçivəsində tətbiq ediləcək və insanların gündəlik həyatına təsir etməyəcək: “Lakin hökumət ölkənin təhrikçilərdən təmizlənməsi üçün əlindən gələni edəcək”.