Kabilda nümayiş zamanı baş verən terror aktı nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, Əfqanıstan daxili işlər nazirliyi 231 nəfərin yaralandığını açıqlayıb.
Nazirlikdən bildiriblər ki, partlayış üç terrorçu tərəfindən törədilib. Onlardan birincisi partlaysı qurğunu işə salıb, ikincinin üzərində olan qurğu isə işləməyib. Üçüncü terrorçu polis tərəfindən güllələnib.
19.14
Əfqanıstanın paytaxtı Kabildə nümayiş zamanı partlayış törədilib.
APA-nın Türkiyənin “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 61 adam ölüb, 207 nümayişçi yaralanıb. Küçələrinə elektrik xəttinin çəkilməsini istəyən şiə məzhəbinə mənsub etnik xəzərlərin keçirdiyi aksiya zamanı iki kamikadze özünü partladıb. Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.