10 Avqust 2016 13:45
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Türkiyə prezidenti Ərdoğanla Rusiya prezidenti Putinin dünən Sankt-Peterburqda baş tutan görüşünü şərh edib.

Teleqraf.com xarici mediaya istinadən bildirir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Elizabet Trudeau bildirib ki, Putin və Ərdoğanın Sankt-Peterburq görüşü Vaşinqton ilə Ankaranın münasibətlərini zəiflətməyəcək: “Rusiyada yaşanan bu inkişaf Vaşinqton ilə Ankara arasındakı əlaqələri zədələməyəcək”.

Bundan başqa, Dövlət Departamentinin sözçüsü hesab edir ki, türk mətbuatında 15 iyulda baş verən çevriliş cəhdinin arxasında "Woordow Wilsen Center"in durduğu haqda iddialar doğru deyil: “Belə ifadələr əsassızdır və doğru deyil. Biz bu doğru olmayan ifadələr haqqında türk məsləkdaşlarımızla danışdıq”.

Cavad


Müəllif: