Ukrayna prezidenti Krım və Donbasla sərhəddə hərbi birləşmələrin döyüş hazırlığını gücləndirmək haqda əmr verib.
Teleqraf.com-un məlumatına görə, Ukrayna prezidenti Pyotr Poroşenko bu barədə twitter səhifəsində yazıb.
Ötən gün Rusiya Ukraynanın terror məqsədi ilə Krıma təxribatçı qüvvə yeritdiyi haqda məlumat yayıb. Bildirildiyinə görə, təxribatçıların zərərsizləşdirilməsi zamanı iki rus hərbçisi həlak olub.
Rusiya KİV-i Ukrayna tərəfinin Krıma turizm axınına ziyan vurmaq məqsədi güddüyünü iddia edir.
Mahir