12 Avqust 2016 15:00
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəyə səfərə gələn İran xarici işlər naziri Cavad Zarifi həmkarı Mövlud Çavuşoğluyla görüşüb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, nazirlər görüşdən sonra mətbuat konfransı keçiriblər.


Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, hər iki ölkə PKK, PEJAK, PYD kimi terror təşkilatlarını İran və Türkiyəyə təhlükə kimi qəbul edirlər: “Bizim üçün onlar arasında heç bir fərq yoxdur. Suriyada daimi sülhü bərpa etmək üçün əməkdaşlığımızı gücləndirəcəyik”.

Cavad Zarifi bildirib ki, bu gün bəzi problemləri aradan qaldırmaq üçün görüşlər keçirdik, əlaqələrimiz davamlı olacaq:

“Elektrik, təbii qaz və enerji məsələsində əməkdaşlığa hazırıq. İran qazının satışı, türk iş adamlarının İrana investisiya qoyması gündəmimizdə duran məsələlərdir. Türkiyənin təhlükəsizliyini öz təhlükəsizliyimiz kimi görürük. Terrorizmə qarşı mübarizədə ortaq mövqedəyik”.

İranlı nazir Türkiyə-Rusiya münasibətlərinin bərpasından məmnun olduqlarını qeyd edib: “İki ölkənin əlaqələrinin inkişafına dəstək verməyə hazırıq”.

Sevinc


Müəllif:

Oxşar xəbərlər