17 Avqust 2016 16:45
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraillə Türkiyə arasında “Mavi Mərmərə” hadisəsindən sonra pozulan münasibətlərin yaxşılaşmasını özündə ehtiva edən sənəd TBMM-ə göndərilib. Anlaşmaya görə, Türkiyə İsraili məhkəməyə verməkdən imtina edəcək, İsrail isə Türkiyəyə 20 milyon dollar ödəyəcək.

İsrailin Türkiyənin üzr tələbini 2013-cü ildə yerinə yetirməsindən sonra iki ölkə arasında 28 iyunda müqavilə bağlanmışdı.

Teleqraf.com-un xarici KİV-ə istinadən məlumatına görə, Türkiyə və İsrail arasında təzminatın ödənilməsi ilə bağlı müqavilə bu gün Nazirlər Kabineti tərəfindən TBMM-nin xarici işlər komitəsinə göndərilib.

Xarici işlər naziri Mövlüd Çavuşoğlu anlaşmanın TBMM-də qəbul edildikdən sonra iki ölkənin rəhbəriliyi qarşılıqlı olaraq səfir təyin etməklə bağlı addımlar atacaq.

Sevinc


Müəllif:

Oxşar xəbərlər