1 Sentyabr 2016 01:08
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 5-7-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb. MDB-nin İcraiyyə Komitəsinin icraçı katibi Sergey Lebedevin rəhbərliyi ilə keçiriləcək iclasda birlik ölkələrinin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq məsələlərinə baxılacaq.

Şura üzvləri cinayətkarlıqla mübarizədə MDB-yə üzv dövlətlərin qarşılıqlı fəaliyyətini, avtonəqliyyat vasitələrinin oğurlanmasına qarşı fəaliyyətdə birgə əməkdaşlıq sahəsində tədbirlərin görülməsini müzakirə edəcəklər. Bundan başqa, polis orqanlarının yeni psixoaktiv, psixotrop maddələrin və narkotik vasitələrin, eləcə də onların bənzəri olan insan orqanizminə fizioloji təsir edən potensial təhlükəli kimyəvi maddələrin alverinə qarşı fəaliyyət sahəsində əməkdaşlıq məsələlərinə baxılacaq.

MDB ölkələri vətəndaşlarının terrorçu və ekstremist təşkilatlar tərəfindən ələ alınmasına qarşı fəaliyyət məsələsinə xüsusi diqqət ayrılacaq.

MDB ölkələrinin daxili işlər nazirləri 2019-2023-cü illərdə cinayətkarlıqla mübarizədə birgə tədbirlər üzrə dövlətlərarası proqramı layihəsini də müzakirə edəcəklər.


Müəllif:

Oxşar xəbərlər