31 Avqust 2016 21:47
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya senatı ölkə prezidenti Dilma Russefə impiçment elan edib.

Virtualaz.org BBC-yə istinadən xəbər verir ki, Russefə impiçment elan edilməsinin lehinə 61 senator, əleyhinə isə 20 senator səs verib.

Senatdakı səsvermədən öncə Braziliyanın küçələrində prezidentə dəstək aksiyaları keçirilib.

Dilma Russef 2011-ci ildən Braziliyanın prezidentidir. 2016-cı ilin may ayında o, korrupsiyada ittiham edilərək vəzifəsindən uzaqlaşdırılmışdı.


Müəllif:

Oxşar xəbərlər