Rusiya Federasiyası Tatarıstan Respublikasında məktəbli oğlan rus dili dərsində ölüb.
APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə istintaq Komitəsinin region üzrə idarəsi məlumat yayıb.
2001-ci il təvəllüdlü şagird məktəbdə huşunu itirib və təcili tibbi yardım gələnə kimi ölüb. İlkin məlumata əsasən onun heç bir xəstəliyi olmayıb.
Faktla bağlı istintaq öncəsi araşdırma başlanıb.