29 Sentyabr 2016 10:30
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran həbsxanalarında son iki gündə 20 nəfər edam olunub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, edam olunanlar narkotik maddələrin satışı və qaçqmalçılığında, silahlı oğurluqda və qətldə günahlandıraraq, ölüm hökmünə məhkum edilib.

Edamlardan 9-u Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında, 7-si Minab şəhərinin mərkəzi həbsxanasında, 4-ü Təbriz həbsxanasında həyata keçirilib.

Qeyd edək ki, son illər İranda edamların sayının kəskin artması beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hakimiyyəti dünyada öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə Çindən sonra ikinci yeri tutur.

Samir


Müəllif:

Oxşar xəbərlər