11 Oktyabr 2016 15:00
1 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 9-cu Avrasiya İslam Şurasının toplantısında çıxış edib.

Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, Ərdoğan çıxışı zamanı ilk olaraq 15 iyul hadisələrindən danışıb:

"İyulun 15-də Türkiyədə baş verən hadisələr tək bizə deyil, Avrasiya coğrafiyasına təsir etdi. Fətullahçı terror təşkilatının (FETÖ) əsl üzünün hər bir ölkədə ifşa ediləcəyinə inanıram.

Bəzi qruplaşmalar İraqda, Suriyada, Yəməndə, hətta bir vaxtlar Türkiyədə sünnilik və şiəlik adı altında oyunlar oynadı. Mənim dinim İslam dinidir. Din pərdəsi altında aparılan bu fitnəkar oyunlar müsəlmanların qanının tökülməsinə yönəlib.

Hazırda Suriyada Fərat Qalxanı əməliyyatını davam etdiririk. İŞİD-i Cerablusdan çıxardıq, Raidən çıxardıq. ABŞ-a dedik ki, Münbiçdə PYD və YPG olmasın. Buranın 90-95 faizi ərəblərdir. Söz verdilər, amma yerinə yetirmədilər. Biz də indi öz planlarımızla hərəkət edirik".

Türkiyə prezidenti İraq Baş naziri Heydər əl İbadinin təhqirlərinə sərt reaksiya verib: "Mosul əməliyyatını da başlayacağıq. İraq Baş nazirinə səslənirəm ki, həddini biləcəksən. Sən mənim sahibim deyilsən. Sən məni təhqir edə bilməzsən. Hazırda bizim əlimizdə səs qeydləri var. Bu qeydlərdə onlar özləri İraqda Başika hərbi bazasını qurmağımızı istəyiblər. İndi isə deyirlər ki, ölkədən çıxmalısız. Bu səs qeydləri televiziya kanalları vasitəsi ilə yayımlanacaq. Türkiyə ordusu təlimatı sizdən almayacaq.

Terrorçunun yaxşısı və ya pisi olmur. İraqdakı qardaşlarımıza kömək edəcəyik".

Samir


Müəllif:

Oxşar xəbərlər