Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 9-cu Avrasiya İslam Şurasının toplantısında çıxışı zamanı İraq Baş naziri Heydər əl İbadinin ölkəsindən yardım istəməsi ilə bağlı video qeydlərin olduğunu bildirmişdi.
Teleqraf.com xəbər veri ki, Türkiyə mediası həmin videolardan birini yayımlayıb.
Görüntülər İbadinin 2014-cü ilin 25 dekabrında dönəmin baş naziri Əhməd Davudoğlu ilə birgə təşkil etdiyi mətbuat konfrasında lentə alınıb. Videoda İbadinin türkləri İŞİD terrorçuları ilə mübarizə üçün İraq ordusu ilə birgə əməliyyatlara qatılmağa dəvət etməsi əks olunub.
Qeyd edək ki, Türkiyə ordusu oktyabrın sonlarında Mosul əməliyyatlarına başlayacağını açıqlayıb. İraq hökuməti isə buna qarşı çıxıb və türk ordusunu ölkədən çıxarmaq üçün Başika hərbi düşərgəsini qapadıb.
Samir