ABŞ prezidenti Barak Obama Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampı ittiham edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Obama Trampın seçkiləri etibarsızlaşdırmağa çalışdığını deyib.
O bildirib ki, Tramp bu günə qədər prezidentliyə namizədlərin fəaliyyətində görünməyən hərəkətlər edir: "Son günlər Tramp barəsində yayılan təcavüz məlumatları ilə qarşı-qarşıyadır. O, bunu inkar edir və ağlamaqla məşğuldur. Tramp seçkilərdə hiyləyə əl atmağa çalışacaq. Məsləhət görürəm ki, ağlamağı dayandırsın və səs qazanmaqla məşğul olsun".
Samir