Bu gün səhər Bremen şəhərindəki firmalardan birinin ərazisində Almaniya Silahlı Qüvvələrinə məxsus 15 yük maşını yanıb.
APA-nın DPA agentliyinə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində zərərçəkən olmayıb.
Polis yük maşınlarının yandırıldığını istisna etmir. Hadisə ilə bağlı araşdırma aparılır.