2 Noyabr 2016 23:25
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan haqları pozuntularında daim adı hallanan İranın keçmiş baş prokuroru 135 şallaq cəzasına məhkum olunub.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, 49 yaşlı Said Mortazavi korrupsiyada ittiham olunur.

Mortazavidi 2009-cu ilin mübahisəli prezident seçkilərindən sonra İranın Yaşıllar Hərəkatının üzvlərini həbsə atdırıb.

Bu il noyabrın 2-də Tehran məhkəməsi onu İranın rifah proqramına başçılıq edərkən dövlət pullarını mənimsəməyə və dağıtmağa görə məhkum edib.

İranın keçmiş prezidenti Mahmud Ahmadinejadın yaxın tərəfdarı olan MortazaviTehranın İnqilabi Məhkəməsinin sədri olarkən islhatçılara qarşı hücumlarda, müxalifət mediasının bağlanmasında aparıcı rol oynayırdı.

Human Rights Watch 2010-cu ildə Mortazavini insan haqlarının “kütləvi pozucusu” adlandırmışdı.

Mortazavi insan haqları pozuntularına görə ABŞ-ın sanksiyalar siyahısında idi.


Müəllif:

Oxşar xəbərlər