9 Noyabr 2016 02:52
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Odessa vilayətinin qubernatoru vəzifəsindən istefası ilə bağlı Ukrayna prezidenti Pyotr Poroşenkonun səsləndirdiyi fikirlərə cavab verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Saakaşvili Poroşenkonun onun barəsində səsləndirdiyi: "Mixail Saakaşvili Gürcüstanda keçirilən parlament seçkilərində partiyasının məğlubiyyətinə görə istefa verib" şərhinə kəskin rmünasibət bildirib.

Saakaşvili qeyd edib ki, ilk növbədə “Vahid Milli Hərəkat” partiyası 151 deputat mandatından 27-sini qazanıb: "Prezident Poroşenkoya yaxşı məlumdur ki, mən Gürcüstandakı seçkilərdə bilavasitə iştirak etmirdim. Hətta bu, istəkdən asılı olan məsələ deyil, çünki mən Ukrayna vətəndaşıyam".

Milli mənsubiyyəti barədə deyilənlərə gəlincə, Saakaşvili qeyd edib ki, Poroşenko daxili işlər naziri Arsen Avakovun metoduna əsaslanır: "İstərdim ki, prezident bu ritorikadan uzaq dursun. Necə ki, mən Gürcüstandan Ukraynaya gəldim, təxminən eyni vaxtda Poroşenko Moldovadan Ukraynaya gəlib".

Saakaşvili Poroşenkoya il yarım bundan öncə istefa vermək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, prezident onu islahatlar vədi ilə inandırıb: "Sadəcə bu dəfə mən artıq vədlərə inanmağa meylli deyildim, Gürcüstandakı seçkilərin nə aidiyyatı var axı?"

Nərgiz


Müəllif:

Oxşar xəbərlər