Moskva Berndən təyyarə qalmaqalına aydınlıq gətirməyi tələb etdi - VİDEO
Moskva Berndən İsveçrəyə məxsus qırıcı təyyarənin Rusiya sərnişin təyyarəsinə təhlükəli həddə qədər yaxınlaşması məsələsinə aydınlıq gətirməy tələb edib. Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın İsveçrədəki səfirliyinin “Tvitter”dəki rəsmi mikrobloqunda məlumat yerləşdirilib.
“İsveçrə tərəfinə Rusiyanın rəsmi şəxslərini daşıyan təyyarə konfederasiya səmasında olarkən baş verən insidentdən heyrətə düşdüyümüzü bildirdik və aydınlıq gətirilməsini xahiş etdik”, deyə məlumatda bildirilir.
Qeyd edək ki, məlum olay dünən İsveçrə səmasında baş verib. Qırıcı təyyarə Rusiya nümayəndə heyətini Peruda keçirilən Asiya-Sakit Okean iqtisadi əməkdaşlığı sammitinə aparan sərnişin təyyarəsinə yaxınlaşır və onu bir neçə dəqiqə müşaiyət edir. Təyyarənin bortunda nümayəndə heyətinin üzvləri, o cümlədən Hərbi-Texniki əməkdaşlıq üzrə Federal Xidmətin rəhbəri Aleksand Fomin, həmçinin, Kremldə akreditə olunan jurnalistlər olub. Jurnalistlərin bildirib ki, qırıcı təyyarə təhlükəli həddə qədər yaxınlaşıb, hətta pilotun üzünü belə görmək mümkün olub.
Videoda qırıcı təyyarənin quyruq hissəsində İsveçrə bayrağının həkk olunması aydın nəzərə çarpır. Teleqraf.com sözügedən videonu təqdim edir.
Səxavət