25 Noyabr 2016 13:07
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Parlamentinin dünən keçirilən iclasında Türkiyə ilə danışıqların dondurulması qərarına münasibət bildirib.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, o, bununla bağlı Qadın və Demokratiya Dərnəyinin konfrasında çıxışı zamanı danışıb:

"Hazırda dünyada milyonlarla Aylan cavab gözləyir, şəfqət gözləyir, mərhəmət gözləyir. Onlar üçün addımlar atılır? Xeyr. Heç bir addım atılmır. Türkiyə Avropa Birliyinə daxil olsun, ya olmasın? Atılan addım budur. Niyə? Ərdoğan düzgün açıqlamalar verir. 30-40 nəfər bir araya gəliblər, irəli sürülən layihəyə "yox" deyir, digər 400-500 nəfər isə "hə" deyir. Problemin mahiyyətini anlamağa çalışmırlar. Suriya, İraq, Ərəbistan, Liviya, Somali kimi ölkələrdə baş verən toqquşmalar, zülm, tökülən qanlar miqrant böhranı kimi dünyanın gündəmini zəbt edir.

Siz heç vaxt bəşəriyyətə dürüst davranmadınız, insanlara doğru baxmadınız. Aylanlar dalğalarla Aralıq dənizi sahillərinə çıxdığı vaxt onları gedib götürmədiz. 3,5 milyon miqrantı saxlayan bizik. Verdiyiniz sözləri yerinə yetirin. İrəli getməyin! Türkiyə sərhədləri açsa, siz nə edəcəyinizi düşünün!"

Samir


Müəllif:

Oxşar xəbərlər