26 Noyabr 2016 00:23
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna xalqını hakimiyyətə etiraz etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, Saakaşvili bu barədə “Facebook” səhifəsində yazıb.

O, Ukrayna xalqına müraciətində ölkənin taleyini düşünən hər kəsi noyabrın 28-də Maydana çıxmağa dəvət edib.

"Ötən müddət ərzində Ali Rada göstərdi ki, Ukraynanın çox əhəmiyyətli problemlərini həll etmək iqtidarında deyil və bunu istəmir. Maydanın heç bir tələbi yerinə yetirilmədi. Necə oğurluq edirdilərsə, elə də davam edirlər. Biz mövcud konstitusiya çərçivəsində yeni seçkilər tələb edirik. Bu qış onların Radadakı son qışı olmalıdır. Mütləq gəlin”.


Müəllif:

Oxşar xəbərlər