2 Yanvar 2017 11:38
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın qərbindəki Herat vilayətində şiə məscidində partlayış olub.

Teleqraf.com-un xarici mediaya istinadən verdiyi məlumata görə, Herat vilayətinin rəsmisi Ceylani Fərhad bildirib ki, İmam Bakır məscidinin mehrabına yerləşdirilən bomba axşam namazı zamanı məsafədən idarə olunan cihazla işə salınıb. Nəticədə 6 nəfər yaralanıb. C.Fərhad yaralılardan birinin vəziyyətinin ağır olduğunu deyib.

Hələ heç bir terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Lakin son zamanlar şiələrə yönəlik terror aktlarının İŞİD tərəfindən törədildiyi istisna olunmur.

Nərgiz


Müəllif: