Sambo üzrə dünya çempionu Rəsul Mizayev hücuma məruz qalıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə çempionun Moskvadakı evində baş verib. 3 nəfər mənzilə hücum edərək, Rəsulu dəmir dəyənəklərlə döyüblər. Onlardan biri əlindəki zəncirlə onu boğmaq, digəri isə dəyənəklə ayaqlarını sındırmağa çalışıb. Üçüncüsü isə üzərində gəzdirdiyi silahdan idmançıya 2 dəfə atəş açıb.
Hadisədən sonra mənzilə çempionun dostları gəlib. Xəstəxanaya çatdırılan Mizayevin həyatı üçün heç bir təhlükənin olmadığı bildirilib.
Faktla bağlı Moskva polisi araşdırmalara başlayıb.
Elvin