Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmail Kahraman ağır vəziyyətdə yenidən reanimasiyaya yerləşdirilib.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, cərrahiyyə əməliyyatından sonra onun vəziyyəti yenidən ağırlaşıb.
Qeyd edək ki, ötən il dekabrın 30-da Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman cərrahiyə əməliyyatı olunub.
Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ paytaxt Ankaradakı "Güvən" xəstəxanasında keçirilən cərrahiyyə əməliyyatı 5 saat davam etdiyini və uğurla başa çatdığını söyləmişdi.