Çilidə 6,0 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yeraltı təkanların episentri Kalama şəhərindən 96 km cənub-qərbdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.
Həmçinin Madaqaskarda 5.5 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri paytaxt Antananarivudan 99 km qərbdə qeydə alınıb. Dağıntılar və tələfat barədə hələ məlumat daxil olmayıb.