Rusiya və Türkiyə müdafiə nazirlikləri Suriyada hərbi əməliyyatlar zamanı hava uçuşlarının təhlükəsizliyinin təmin edilməsi və insidentlərin qarşısı alınması haqqında memorandum imzalayıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti"yə istinadən məlumat verir.
Memorandumun cümə axşamı Rusiya Müdafiə Nazirliyində imzalandığı bildirilir. Sənəd Suriya ərazisində terrorçuların mövqelərinə zərbələr zamanı Rusiya və Türkiyə aviasiyasının qarşılıqlı fəaliyyət və koordinasiya mexanizmini müəyyən edir.