19 Yanvar 2017 16:21
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə müdafiə vəziyyətini tərk edib, hücum mövqeyinə keçib"

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyəni parçalamaq istəyənlər buna nail ola bilməyəcəklər: "Bu ölkəni etnik tərkibə, məzhəbə görə bölə bilmədilər, terror təşkilatı ilə parçalaya bilmədilər, iqtisadi cəhətdən yıxa bilmədilər. Artıq atacaq güllələri qalmadı.Bundan sonra növbə bizdədir. İlk dəfə elan edirəm: Türkiyə hücum mövqeyinə keçdi".

Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, heç kim Türkiyəni terrorla, iqtisadi yollarla gücdən sala bilməz: "Buna imkan verməyəcəyik. İlanın başını yuvasında əzəcəyik".

Samir


Müəllif:

Oxşar xəbərlər