Türkiyənin baş naziri Binali Yıldırım yanvarın 20-də ABŞ-da prezident səlahiyyətlərinin icrasına başlayacaq Donald Trampla bağlı açıqlama verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Yıldırım Trampın qarşısına 3 şərt qoyub:
"Birincisi, ikitərəfli münasibətlərimizə mənfi təsir göstərən Fətullahçı Terror Təşkilatının liderini ekstradisiya etmək lazımdır. Bunun üçün hüququ proses tezləşdirilməlidir.
İkincisi, PYD-YPG ilə əməkdaşlıq və onlara silah verilməsi dayandırılmalıdır. Çünki bir terror təşkilatı ilə digəri məhv edilə bilməz.
Üçüncüsü, Türk xalqının Amerika haqqında çox mənfi bir fikri var. 15 iyul hərbi çevrilişə cəhd ilə dərinləşən bu fikirləri müsbət tərəfə yönləndirəcək addım gözləyirik".
Samir