22 Yanvar 2017 13:37
1 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Yaxın Şərq problemini ətrafı müzakirə edəcəyini bildirib.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Ərdoğan bu barədə Şərqi Afrika turnesindən öncə İstanbulda bildirib.

"Cənab Tramp müxtəlif açıqlamalar verir, biz bunları izləyirik. Yaxın Şərq indi qaynayır və bu məsələ ilə bağlı açıqlamalar bizi narahat edir. Biz Yaxın Şərqin tərəfindəyik, ərazi bütövlüyünün saxlanılmasını istəyirik. Bu məsələləri tam çözmək lazımdır. Mən bunu Trampla ətrafı müzakirə edəcəyəm".

O, həmçinin bildirib ki, Türkiyə Yaxın Şərqdə ən güclü və həlledici mövqeyə malik ölkədir.

Türkiyə lideri hələlik Trampla danışıqlar barədə dəqiq planı yoxdur: "Bizim görüşümüz harada və nə vaxt keçiriləcək, hələlik müəyyən edilməyib. XİN hazırda bu məsələ ilə məşğuldur".

Nihad


Müəllif:

Oxşar xəbərlər