2 Fevral 2017 12:10
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp meksikalı həmkarı Enrike Penya Nyetonu telefon danışığı zamanı təhdid edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı "Associated Press" agentliyi Tramp administrasiyasının nümayəndəsinə istinadla məlumat yayıb.

Bildirilib ki, Tramp ABŞ ordusunun Meksikaya daxil ola biləcəyini deyib: "Sizin ölkənizdə çoxlu pis oğlanlar var. Siz onlarla mübarizədə kifayət qədər işlər görmürsüz. Düşünürəm ki, sizin ordunuz qorxur. Ancaq bizim əsgərlərimiz onlardan qorxmur və mən onları Meksikaya dəvət edə bilərəm".

Bununla yanaşı, mənbə Trampın "pis oğlan" dediyi şəxslərin kimliyi ilə bağlı heç bir açıqlama verməyib.

Məlumatın yayılmasından dərhal sonra Meksika Xarici İşlər Nazirliyi və ABŞ Dövlət Departamenti bəyanat yayıb. Bəyanatda informasiyanın yalan olduğu bildirilib.

Qeyd edək ki, Tramp və Nyeto yanvarın 27-də telefon danışığı aparıb.

Samir


Müəllif: