Cənubi Osetiya separatçı rejiminin rəhbəri qəzaya düşüb. APA-nın Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, salonunda separatçı lider Leonid Tibilovun olduğu avtomobil Tsxinval-Znaur yolunda qəzaya uğrayıb.
İnsident nəticəsində heç kim xəsarət almayıb: “Leonid Tibilov hazırda evindədir, səhhəti normaldır”.