16 Fevral 2017 12:40
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Amerika və Rusiya silahlı qüvvələrinin baş qərargah rəisləri niyə məhz Bakıda görüşməyə qərar veriblər? Bu lap İkinci Dünya Müharibəsi illərində ABŞ, SSRİ və Böyük Britaniya liderlərinin Tehrandakı zirvə toplantısına bənzəyir”. Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, əlbəttə, iki böyük dövlətin baş qərargah rəislərinin görüş üçün məhz Bakını seçmələri bizim üçün önəmlidir, bu, Moskva ilə Vaşinqtonun Bakıya verdikləri dəyəri göstərir: “Ancaq, məncə Bakının seçilməsində əlamətdar hadisə ondan ibarətdir ki, generallar Suriyadakı savaşın gedişatını ən yaxın məntəqədə müzakirə etmək istəyiblər. Bu rola İran və İraq yaramır, qalır bircə Azərbaycan. Ankara da görüş yeri kimi seçilə bilərdi, ancaq bu halda amerikalı general Türkiyə-Rusiya ittifaqı ilə üz-üzə qalacaqdı. Azərbaycan isə Suriya mövzusunda neytral ölkədir”.

Qeyd edək ki, bu gün Bakıda ABŞ Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danfordla Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilir. Bu, ABŞ və Rusiya silahlı qüvvələrinin baş qərargah rəisləri arasında ilk görüşdür. Bundan əvvəl onlar bir dəfə telefonla danışıblar.

Səxavət


Müəllif:

Oxşar xəbərlər