20 Fevral 2017 11:24
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranı bölgədə şiəçiliyi və dini sektaçılığı yaymaqda günahlandırıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Çavuşoğlu bununla bağlı Almaniyanın Münhen şəhərində keçirilən 53-cü Təhlükəsizlik Konfransında çıxışı zamanı danışıb:

“Təəssüflər olsun ki, İranın bölgədə yürütdüyü siyasət körfəz ətrafında olan bir çox region ölkələrinin, o cümlədən də Səudiyyə Ərəbistanı ilə Bəhreynin sabitliyini pozur. İran İslam Respublikası İraqı və Suriyanı iki şiə ölkəsinə çevirməyə çalışır. Bu isə çox təhlükəli addımdır. Elə buna görə də hesab edirəm ki, biz regionda sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması üçün İranı bu ambisiyalarından əl çəkməyə təşviq etməliyik”.

İranın türkiyəli nazirə cavabı gecikməyib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi Çavuşoğlunun Münhen iclasındakı çıxışını qeyri-konstruktiv adlandırıb:

“İmperatorluğa qayıtmaq xülyasında yaşayanlar, öz qanunsuz müdaxiləçi tədbirləri ilə terrorçu qruplara dəstək verməklə bölgədə qan axıdılmasına, sabitliyin pozulmasına və çaxnaşmanın artmasına səbəb olanlar etdikləri bu əməllərin məsuliyyətindən boyun qaçıra bilməzlər. Onlar bilməlidir ki, bölgədə təhlükəsizliyin və sabitliyin pozulmasında əsas günahkar onların özü və bəzi sərsəm ölkələrdir. Elə buna görə də onlar başqalarına damğa vurmaqla özlərinin yaratdığı bu burulğandan qurtara bilməyəcəklər”.

Samir


Müəllif: